“Huawei 5G” dəsti 2027-ci ilə qədər Böyük Britaniyadan tamamilə çıxarılacaq. Ölkənin mobil provayderlərinə yeni “Huawei 5G” avadanlığı almağa qadağa qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri ölkənin Rəqəmsal media və mədəniyyət üzrə Dövlət katibi Oliver Dovdın deyib. Onun sözlərinə görə, bu səbəbdən də 5G yayımı bir ilə qədər təxirə salınır.O, firmanın Britaniya üçün təhlükə yarada biləcəyini söyləyib.
Katib bu qərara gəlməyin asan olmadığını, amma Böyük Britaniyanın telekommunikasiya şəbəkələri üçün milli təhlükəsizliyin önəmli olduğunu bildirib.