Ankara və Moskva koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində dayandırılan aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu informasiya agentliyi uçuşların iyulun 15-də başlayacağı barədə məlumat yaysa da, Türkiyə Nəqliyyat Nazirliyi reyslərin dəqiq bərpa tarixini açıqlamayıb.
“Təyyarələrin nə vaxt uçacağı məlum deyil. Bu barədə aviasiya daşıyıcıları öz aralarında razılaşır”, - deyə nazirlikdən bildiriblər.
“Turkish Airlines” aviakompaniyası isə öz növbəsində iyulun 15-də ölkələr arasında aviasiya reyslərinin nəzərdə tutulmadığını qeyd edib. Aviakompaniyanın məlumatına görə, onlar nazirliyin qərarını gözləyirlər, uçuşlar təqvim və reyslərin sayı müəyyən olunduqdan sonra başlayacaq.