Türkiyənin Van bölgəsində kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ikisi pilot olmaqla yeddi polis əməkdaşı həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu 2015-ci ildə istehsal olunan təyyarənin Vanın Ferit Melen hava limanından havaya qalxdığını bildirib. Təyyarənin Artos dağına çırpılaraq qəzaya uğradığı ehtimal edilir.
Hadisə ilə bağlı təhqiqat aparılır.