Van gölündən çıxarılan cəsədlərin sayı 42-yə çatıb

A- A A+

Türkiyənin Van gölündə batan qayıqdakı cəsədlərin axtarışı davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 1-də batan qayıqdan indiyədək çıxarılan cəsədlərin sayı 42-yə çatıb. Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc heyəti sualtı axtarış cihaz sistemindən istifadə edərək təxminən 107 metr dərinlikdəki qayıqda axtarış işləri həyata keçirir. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Qanunsuz miqrasiyada şübhəli bilinən yeddi nəfərin saxlanıldığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: