Avropa Komissiyası “Apple”, “Google”, “Amazon” və bir sıra başqa şirkətlərin səs assistentləri və “Əşyalar interneti” bazarında rəqabəti pozduğunu yoxlamaq üçün onlar barəsində antiinhisar araşdırmasına başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəhbərinin müavini Marqret Vestaqer deyib.
O bildirib ki, öz bazar mövqeyindən sui-istifadə edən böyük şirkətlər rəqabət mühitini tez bir zamanda inhisarçılığa çevirə bilərlər.
"Səs köməkçiləri və "ağıllı" qurğular bizim seçimlərimiz haqqında bir çox məlumatlar toplaya bilər. Böyük şirkətlərin bu məlumatlardan sui-istifadə etməsi riski mövcuddur", - deyə M.Vestaqer qeyd edib.
Elan edilmiş araşdırma hələ ki, erkən mərhələdədir. Avropa Komissiyası məlumat toplamaq üçün yüzlərlə "ağıllı" ev, daşının qurğular istehsalçısına və səs köməkçiləri istehsalçılarına sorğu göndərib.