Rusiyanın “AvtoVaz” konserni “Lada” markası ilə “Niva” avtomobillərinin satışına başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni “Niva”ları “Lada” markasının loqotipi olan at şəkli fərqləndirəcək.
Qeyd edək ki, əvvəllər “Niva” avtomobilləri “Chevrolet” brendi ilə “General Motors” və “AvtoVaz” şirkətlərinin birgə müəssisəsində istehsal olunurdu. Sonradan “AvtoVaz” ABŞ şirkətindən birgə müəssisədəki səhmlərinin 50 faizini də alıb. Hazırda “Lada Zapod Talyatti” istehsal sahəsi bütövlükdə “AvtoVaz”a məxsusdur.
“AvtoVaz” Rusiyanın “Renault-Nissan-Mitsubishi” alyansına daxil olan ən böyük minik avtomobilləri istehsalçısıdır.