İtaliya hökuməti “Amazon” və “Apple” şirkətlərinə qarşı antiinhisar iddiası açır. Səbəb “Apple” şirkətinə məxsus malların və “Beats” qulaqcıqlarının satışında rəqabətə imkan verilməməsi və inhisarçılıqdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İtaliya Antomonopoliya Agentliyinin rəsmisi məlumat verib. Agentlik istintaqın “Apple” və “Amazon” şirkətlərinin pərakəndə elektron məhsullarının “Apple”ın rəsmi proqramına daxil edilməməsi üçün bazar qaydalarına qarşı razılaşma əldə etdiyini təyin etmək məqsədi daşıdığını söyləyib. Səlahiyyətlilərin fikrincə iddia edilən davranış qiymət rəqabətinə təsir göstərən maneələr yaradıb.
Artıq hər iki şirkətin İtaliyadakı ofislərində axtarışlar aparılıb. “Amazon” iddialara cavab olaraq sənədlərinin qaydasında olduğunu desə də, “Apple” hər hansı bir şərh verməyib.