“WhatsApp” messencerində çoxdan gözlənilən funksiya hazırlanır

A- A A+

“WhatsApp” messenceri öz istifadəçilərinə bir akkauntu eyni zamanda dörd qurğu ilə istifadə etmək imkanı yaradacaq.

NUHÇIXAN İnformasiya Agentliyi WABetaInfo portalına istinadla xəbər verir ki, bu funksiya hələlik hazırlıq mərhələsindədir. Funksiya istifadəyə verildikdən sonra messencerdə “Linked Devices” (bir-biri ilə bağlı qurğular) adlı xüsusi bölmə açılacaq. İstifadəçi bu bölmədə yeni qurğular əlavə edə biləcək.

Yeniliyin nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.

Qeyd edək ki, bir qədər əvvəl mütəxəssislər “WhatsApp” messencerində mesajları tarixinə görə sürətlə axtarmağa imkan verəcək funksiyanı testdən keçirməyə başlayıb. Hazırda funksiyanın alfa-test mərhələsində olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: