Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

A- A A+

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər Ukraynada vəziyyəti müzakirə edib, əlaqə qrupunun Donbasda atəşkəslə bağlı əldə etdiyi razılığı müsbət qiymətləndiriblər.

Vladimir Putin Minsk razılaşmasının reallaşmasının vacibliyini vurğulayıb. Prezidentlər əlaqə qrupu çərçivəsində danışıqların səmərəliliyinin artırılmasının zəruriliyini qeyd ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: