Ermənistan Respublikasının hərbi qulluqçusu aldığı güllə yarasından ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, gecə saat 01:10 radələrində Ermənistan Respublikasının şimal-şərq istiqamətində yerləşən hərbi mövqelərindən birində qulluq edən əsgər Aşot G.Mikaelyan atəş nəticəsində dünyasını dəyişib.