Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçıları ikitərəfli münasibətlər, Ermənistanla Azərbaycan arasında yaranmış gərginlik, eləcə də Liviya və Suriya böhranları ətrafında müzakirələr aparıblar.