ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diametri 84-190 metr olan asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.
NUHÇIXAN İnformasiya Agentliyi "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, 2009 PQ1 adı verilən asteroid avqustun 5-də Yer kürəsinə maksimal yaxın məsafədə olacaq.
Məlumata əsasən, asteroid Yer kürəsindən 3,2 milyon kilometr aralıdan 13,4 km/s sürətlə keçəcək.
Bildirilir ki, sözügedən asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib.