Avstraliyalı alimlər üç növ tibbi maskanı müqayisə edərək yeni növ koronavirusdan qorunma üçün ən effektivini müəyyən ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi "ScienceDaily"yə istinadən xəbər verir ki, əldəqayırma birqatlı və ikiqatlı parça maskaları, həmçinin üçqatlı cərrahi maska müqayisə edilib.
Alimlər müəyyən edib ki, hətta birqatlı maska daşıyıcının koronavirusu yaymasının riskini azaldır. Lakin ikiqatlı maska daha effektiv olub və alimlər parça maska seçimində daha çox qatdan ibarət maskaları məsləhət görürlər.
Bundan əlavə, müqayisə zamanı ən effektiv maska üçqatlı cərrahi maska müyyən edilib.