Rembrandtın 1632-ci ildə çəkdiyi Harmen van Reyn rəsm Londonda rekord 14.5 milyon funta (18.7 milyon dollar) satılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin Sotheby’s hərrac evinə istinadən verdiyi məlumata görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulmuşdur.
Rəssam sənət əsərini 26 yaşında olarkən çəkib. Bu Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.