Ermənistan ordusunun daha bir əsgəri komandiri tərəfindən döyülüb

A- A A+

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində növbəti cinayət hadisəsi baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, “Yeğniklər” adlandırılan alayın müşahidə məntəqəsində gecə yarısı növbə rəisinin əsgərlə başladığı mübahisə sonradan davaya çevrilib. Nəticədə növbə rəisi tərəfindən amansızlıqla döyülən hərbi qulluqçu Daviq Hakopyan müxtəlif bədən xəsarətləri alıb.

Post rəisi izahatında davanın əsgərin günahından baş verdiyini qeyd etsə də, taqımın əsgərləri hərbi qulluqçu D.Hakopyanın kiçik komandir tərəfindən tez-tez qərəzli şəkildə təhqirlərə və təqiblərə məruz qaldığını deyirlər.

Hadisə komandanlıq tərəfindən hüquq-mühafizə orqanlarından gizlədilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: