Avstraliyada yaşayan zürafə hündür boyuna görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib - FOTOLAR
Avstraliyada yaşayan zürafə hündür boyuna görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, Forest adlı zürafənin boyu 5,5 metrə çatır. Bildirilir ki, dünyanın ən hündür zürafəsi Kvinslend ştatının Birva şəhərində İrvin Bindin ailəsinə məxsus heyvanxanada yaşayır. “Ginnesin Rekordlar Kitabı” rəsmi olaraq onu dünyanın ən hündür zürafəsi elan edib.
“Bizim əziz Forest hazırda yaşayan ən hündür zürafə olaraq “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Biz bu ucaboy oğlanla fəxr edirik, onun böyük və mehriban ürəyi var”, - deyə B.İrvin öz statusunda bildirib.
Hazırda Forestin zürafələrin sayının artırılması proqramında iştirak etdiyi də bildirilir. Belə ki, artıq onun 12 balası var. Bu yaxınlarda onun daha bir balasının doğulacağı gözlənilir.