Yaponiya üçün yeni qırıcı təyyarələri “Mitsubishi Heavy Industries” korporasiyası hazırlayacaq

A- A A+

Yaponiya Müdafiə Nazirliyi köhnəlmiş F-2 qırıcılarını əvəz edəcək yeni hərbi təyyarələri hazırlamaq üçün müqaviləni “Mitsubishi Heavy Industries” korporasiyası ilə imzalamağı planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 1-də “Nikkei” işgüzar qəzeti məlumat yayıb.

Bildirilir ki, korporasiya yeni qırıcı təyyarələrin layihələndirilməsinə və istehsalına tam cavabdeh olacaq. Bunun üçün korporasiyanın yapon və ABŞ istehsalçıları ilə subpodratçı kimi müqavilələr imzalayacağı da qeyd edilir. Yeni qırıcı təyyarənin mühərrik və döyüş sistemi kimi əsas elementlərinin Yaponiya şirkətləri tərəfindən hazırlanacağı xüsusi vurğulanır.

Yaponiya hökumətinin mövcud layihələrinə görə, yeni qırıcılardan istifadəyə 2035-ci ildən başlanacağı nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ-ın “Lockheed Martin” korporasiyası Yaponiyaya “stels” texnologiyasına malik, F-22 və F35 sinfindən olan qırıcıların hibridi olacaq yeni təyyarənin yaradılmasını təklif edib. Bu layihədə Böyük Britaniyanın da iştirak etməsi nəzərdə tutulurdu. Lakin son nəticədə Yaponiya yerli istehsalçıları stimullaşdırmaq üçün bu layihəyə öz texnologiyalarını cəlb etmək qərarına gəlib.

Yeni layihənin ümumi məsrəflərinin ilkin mərhələdə 1,5 trilyon yen (təqribən 14 milyard dollar) təşkil edəcəyi planlaşdırılır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: