Gürcüstanda yanacağın qiymətində bahalaşma qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.
Bildirilir ki, adi yanacaq doldurma məntəqələrində (YDM) yanacaq orta hesabla 30 tetri (təqribən 10 sent), brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb.
Birliyin sədri Vano Mtvralaşvili deyib ki, son aylarda yanacağın qiymətinin artması dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə əlaqədardır. O, yanacağın qiymətinin bundan sonra da arta biləcəyini istisna etməyib. Bildirib ki, pandemiya dövründə dünya bazarında enerji daşıyıcılarının və neft məhsullarının qiymətində artım müşahidə olunur.