Acarıstan Muxtar Respublikasının hökuməti tam tərkibdə istefa verib

A- A A+

Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Zurab Pataradze və hökumət tam tərkibdə istefa verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Zurab Pataradze bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, Acarıstan hökumətinin istefası ilə bağlı qərar hakim komandada müzakirə olunub və sonda yekun qərar qəbul edilib.

Z.Pataradze hökumətdən istefa versə də, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasında qalacağını və bundan sonra da ölkənin inkişafı ilə bağlı fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: