Ermənistan prezidenti Armen Sarkisyan ölkə ərazisində xarici dövlətlərin, o cümlədən Rusiyanın televiziya kanallarının yayımlanmasını qadağan edən sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sərəncamın əsas məqsədi ölkə əhalisinin etirablı və düzgün məlumat almasını təmin etmək, söz və mətbuat azadlığını qorumaqdır.
Qadağalar Rusiyanın Ermənistanda sərbəst yayımlanan bütün kanallarına şamil olunub.
Bu qadağalar xarici telekanallar sırasında yalnız “Mir” dövlətlərarası televiziya kanalına şamil edilməyib.
Siyasi ekspertlər Ermənistan prezidentinin bu addımını ölkənin Rusiya ilə münasibətlərindəki gərginliklə əlaqələndiriblər.