Koronavirusun zəif nöqtəsi aşkar edilib

A- A A+

ABŞ-ın Kanzas Universitetinin alimləri koronavirusa qarşı terapevtik vasitəni uğurla sınaqdan keçirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19 infeksiyasına səbəb olan SARS-CoV-2 koronavirusunun inkişafında əsas ferment 3CLpro proteazasıdır.

Laboratoriya şəraitində keçirilən sınaqlar zamanı MERS koronavirusuna yoluxmuş siçanlar üzərində proteaz inhibitorları istifadə olunub. Nəticədə yoluxmuş bölgəyə hədəflənmiş terapevtik vasitə virusun replikasiyasının qarşısını alıb.

Alimlərin fikrincə bu vasitələrdən əldə olunacaq preparatlar koronavirusların orqanizmdə çoxalmasının qarşısını ala bilər. Eksperimentdə təsvir olunan preparatlar “Cocrystal Pharma” şirkəti tərəfindən patentləşdirilib. Bu preparatların insanlar üzərində səmərəliliyi də yoxlamadan keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: