Qazaxıstan bir sıra ölkələrə aviareysləri bərpa edəcək

A- A A+

Qazaxıstan avqustun 17-dən etibarən bəzi ölkələrə beynəlxalq uçuşları bərpa edir. Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi bildirib ki, BƏƏ, Belarus, Almaniya, Niderland, Misir, Ukrayna və Rusiya Federasiyasına mərhələli şəkildə beynəlxalq uçuşlar həyata keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müvafiq qərar Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib. Müvafiq qərar avqustun 11-də Ümumdünya Səhiyyə Təşkilatının xəritəsinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib.

Xatırladaq ki, yeni koronavirusun yayılması ilə əlaqədar cari il martın 16-dan mayın 11-dək ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində həm daxili, həm də beynəlxalq uçuşlar dayandırılıb, may ayının 25-dən daxili uçuşlar bərpa edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: