Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində oğurluq edən iki hərbi qulluqçu həbs olunub.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, işğalçı ordunun hərbçiləri A.Apoyan və T.Ayvazyan hərbi əmlakı oğurlayaraq kriminal dəstənin üzvlərinə satdıqlarına görə saxlanılıblar.
Fakt ictimaiyyətdən gizlədilsə də, hərbi qulluqçular barəsində prokurorluq tərəfindən başlanan cinayət işi üzrə istintaq davam edir.