Türkiyə beynəlxalq uçuşları bərpa etmək üçün 92 ölkə ilə danışıqları başa çatdırıb. Türkiyə artıq 48 ölkə ilə müntəzəm və qeyri -müntəzəm uçuşları davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qazaxıstanla Türkiyə arasında müntəzəm aviauçuşlar sentyabrın 1-dən bərpa ediləcək.
Qeyd edək ki, Türkiyə yeni koronavirusa yoluxma hallarının artması səbəbindən iyulun 4-də Qazaxıstana uçuşları dayandırmışdı.
Xatırladaq ki, iki ölkə arasında iyunun 20-də bərpa edilən aviauçuşlar, koronavirusa yoluxmanın artması səbəbindən iyulun 4-də yenidən dayandırılmışdı .