Rusiyada Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin hazırladığı koronavirus vaksininin istehsalına başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi bildirib.
Qeyd edək ki, Rusiya dünyada ilk koronavirus vaksinini avqustun 11-də qeydiyyatdan keçirib. "Sputnik V" adı verilən vaksinin sınaqları iyun-iyul aylarında keçirilib. Rusiya artıq 20 ölkədən 1 milyard doza vaksinin tədarükü üçün sifarişlər alıb.