ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisi adlı Milli Parkında yer kürəsinin ən yüksək temperaturu qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi BBC News-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Bildirilir ki, temperatur 54,4° C olub.
ABŞ-ın qərb sahillərində temperatur daha da yüksələ bilər.
Bundan əvvəlki rekord Ölüm Vadisində də qeydə alınıb. 2013-cü ildə hava 54 dərəcəyə qədər yüksəlmişdi.