Avqustun 18-də Gürcüstanın Tsixinvali bölgəsində zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 3,8 bal gücündə olan yeraltı təkanlar saat 15:50-də Tsixinvali bölgəsinin Cava qəsəbəsində baş verib.
Bu, avqust ayı ərzində Gürcüstanda qeydə alınan dördüncü zəlzələdir. Bundan əvvəl qeydə alınan yeraltı təkanlar 3 – 3,5 bal gücündə olub.