Ərəb dünyası Hicri təqvimi ilə Yeni ili qeyd edir

A- A A+

Bu gün ərəb ölkələrində Hicri təqvimi ilə Yeni ilin gəlişi qeyd olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin təqvimlə yeni il – 1442-ci il münasibətilə dövlət və hökumət başçıları bir-birini təbrik edir, müxtəlif bayram tədbirləri keçirilir.

Müsəlmanların Yeni ili Məkkə vaxtına və onun baş məscidi olan “Məscid-ül-Haram”ın coğrafi koordinatlarına əsasən müəyyənləşdirilir. Avqustun 20-si Hicri təqvimi ilə 1442-ci ilin Məhərrəm ayının birinci günüdür. Müsəlman təqvimi 622-ci il iyul ayının 15–dən hesablanır. Bu tarix Məhəmməd peyğəmbərin Allahın kəlamını təbliğ etməyə başladığı vaxtla üst-üstə düşür. O zamanlar Məkkənin əksər sakinləri tərəfindən qəbul edilməyən Peyğəmbərimiz öz doğma şəhərini tərk etməyə və ərəblərın digər iri mərkəzinə - Yəsribə köçməyə (hicrət etməyə) məcbur olub. Sonradan bu şəhər ilk İslam dövlətinin paytaxtına çevrilib və Mədinə “Peyğəmbər şəhəri” adlanıb.

Hicri ili 354 gün 8 saat 48 dəqiqə 34 saniyədir. İl hər birində 29 gün 12 saat 2,87 saniyə olan 12 aydan ibarətdir.

Müsəlman ili xristian ilindən qısa olduğu üçün zaman keçdikcə Hicri tarixi İsa peyğəmbərin anadan olduğu gündən hesab edilən “Mövludi-Məsih” təqviminə yaxınlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: