Rusiya və Türkiyə arasında çarter reyslərinin bərpa olunmasından (10 avqust) sonrakı bir həftədə Antalya şəhərinə 111 min Rus turist gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Antalya Beynəlxalq Hava Limanının statistikasında bildirilib.
Hava mərkəzinin baş direktoru Bilgihan Yılmazın sözlərinə görə, Antalyaya kurorta gələn ümumi turistlərin 60%-ni ruslar təşkil edir.
2020-ci ilin sonuna nə qədər rus turistin gələcəyi ilə bağlı proqnozlarını açıqlayan Türk Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Bağlıkaya bildirib: “Bu il Türkiyəyə 1,8 mln rus turistin ziyarət edəcəyini gözləyirik”.
Antalya şəhər məclisinin turizm üzrə işçi qrupunun sədri Rəcəb Yavuz isə bildirib ki, fors-major hal baş verməzsə, bu il Antalya 4-4,5 milyon xarici turist qəbul edəcək, əksəriyyəti, təqribən 2-2,5 milyonunu isə ruslar təşkil edəcək.