Rəcəb Tayyib Ərdoğan: Qara dənizdə təbii qaz yatağı aşkarlanıb

A- A A+

Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi tərəfindən araşdırma aparılan bölgədə “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq aşkarlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq bir neçə gündür gözlənilən və bütün dünya mediası tərəfindən yaxından izlənilən açıqlamasında bildirib.

Bu günün Türkiyə üçün tarixi gün olduğunu deyən Rəcəb Tayyib Ərdoğan enerjinin hər bir ölkənin ehtiyaclarının qarşılanması ilə yanaşı, milli müstəqilliyinin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, ölkələrin həyata keçirilməsi zəruri planlarının böyük hissəsi enerji ilə bağlıdır. Dünyadakı bir çox münaqişələrin səbəbi də enerji mənbələridir.

Türkiyə dövlətinin başçısı əsas hədəfin 2023-cü ildə Qara dəniz qazının ölkə əhalisinin istifadəsinə verilməsi olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: