Bəzi ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Downdetector servisi bildirib.
Ən aktiv şəkildə problemlərin olduğunu Böyük Britaniya, ABŞ, Almaniya və Yaponiyadan bildirirlər.
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (67%) saytdakı nasazlıq barədə şikayət edir. Digər 22 faizi iPhone və iPad, 10 faizi isə - Android üçün tətbiqetmələrdə problemlərin olduğunu bildirir.