Yaponiya paytaxtının sakinləri avqustun 21-də Tokio üzərində səmadan düşən odlu dairənin şahidi olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, NHK telekanalının Yaponiyanın ən hündür “Tokyo Sky Tree” qülləsində yerləşən kamerası həmin hadisəni yerli vaxtla saat 22:30-da qeydə alıb.
Tokio və Yamanaşi prefekturalarında avtomobil kameralarının da qeydə aldığı həmin görüntülərdə odlu dairənin düşməsi aydın müşahidə olunub.
Bu hadisənin videogörüntüləri sosial şəbəkələrdə artıq geniş yayılıb.
Xatırladaq ki, Yaponiya ərazisi üzərində ötən ay da belə odlu dairə müşahidə olunmuşdu. Sonradan Tokio yaxınlığındakı parklardan birində Yerə düşmüş həmin meteorun iki parçası aşkar edilmişdi.