Simsiz qulaqcıqlar xərçəng riskini artırır

A- A A+

Simsiz qulaqlıqların əsas təhlükəsi insan beyninin yaxınlığında elektromaqnit dalğaları yaymasıdır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin informatika kafedrasının dosenti Aleksandr Timofeyev bildirib.

Mütəxəssisin sözlərinə görə, bu, xüsusilə orijinal olmayan cihazlara aiddir. Onlar eşitmə və görmədə problemlər yarada bilir.

Bundan başqa, alimər simsiz qulaqlıqların xərçəng riski barədə dəfələrlə xəbərdarlıq ediblər.

Cihazın təhlükəsizliyini yoxlamaq üçün Timofeyev telefonu yerə qoymağı, ona qoşulan qulaqlıqlarla müəyyən məsafəyə uzaqlaşmağı təklif edir. Siqnal bir neçə metr məsafədə zəifləyirsə, deməli qulaqlıq təhlükəsizdir.

Mütəxəssisin sözlərinə görə, fərqli ölkələrin standartları müxtəlif radiasiya səviyyəsinə malik cihazların sertifikatlaşdırılmasını nəzərdə tutur.

Eyni zamanda, “Bluetooth” texnologiyaları etibarlı sayılır, buna görə də bütün dünyada geniş tətbiq olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: