Türkiyənin Konya vilayətinin Bozdağ Milli Parkının ərazisində təxminən iki min il əvvəl Roma İmperiyası tərəfindən inşa edilən su anbarına aid bənd aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, uzunluğu 110, hündürlüyü isə 10 metr olan bənd 2017-ci ildə başladılan “Milli park və ətrafındakı tarixi yerlərin araşdırılması” layihəsi çərçivəsində tapılıb. Araşdırmalar təxminən 60 min kvadratmetr ərazini əhatə edir. Bəndin Roma İmperiyası tərəfindən ordunun buradan keçidi zaman su ehtiyacını qarşılamaq məqsədilə tikildiyi ehtimal olunur.