Ermənistanda qaz sızması nəticəsində yaşayış binasında partlayış olub

A- A A+

Avqustun 26-da səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Kanaker-Zeytun rayonunda baş vermiş partlayış nəticəsində binanın 12 mənzili dağılıb. Dağıntılar altından 19 sakin çıxarılıb.

Xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: