Türkiyə Hərbi Hava Qüvvələrinin radar sistemi avqustun 27-də altı ədəd “F-16” qırıcısının Girit adasından qalxaraq Kipr Adasının yunan tərəfinə uçduğunu təsbit edib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, həmin təyyarələr Türkiyə tərəfinin “Navtex” (dənizçilərə elan) elan etdiyi bölgəyə yaxınlaşıb. Bu təyyarələri bölgədən uzaqlaşdırmaq məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları səmaya qaldırılıb. Girit adasından qalxan təyyarələrin Yunanıstana aid olduğu müəyyən edilib və bölgədən uzaqlaşdırılıb.
Məlumatda bildirilir ki, Türkiyənin dəniz və aviasiya qüvvələri ölkənin Şərqi Aralıq dənizindəki haqqını və mənafelərinin müdafiəsini davam etdirəcək.