Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Anıtqəbir ziyarət olunub - FOTOLAR

A- A A+

Türkiyədə 30 avqust- Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət nümayəndələrindən ibarət rəsmi heyətlə birlikdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət edib.
Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni səsləndirilib.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan xatirə kitabına bayram təbriki yazıb.

Qeyd edək ki, koronavirusla əlaqədar Zəfər bayramının 98-ci ildönümü münasibətilə təşkil olunan mərasimlər müəyyən məhdudiyyətlərlə keçirilir. İnsanlar maskasız kütləvi tədbirlərə, o cümlədən Anıtqəbir məkanına buraxılmır. Sosial məsafənin qorunması tələb olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: