Bu gündən etibarən Türkiyənin orta məktəblərində yeni tədris ili distant qaydada başladı.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk zəng Türkiyənin Milli Təhsil naziri Ziyə Selçuk tərəfindən çalınıb. Ölkənin hər yerində Dövlət himni səsləndirilib.
Türkiyədə distant təhsilin sentyabrın 18-dək davam edəcəyi və COVID-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən başlanması nəzərdə tutulur.