Türkiyənin Muş vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:08-də qeydə alınıb. Zəlzələnin episentri Korkut rayonunda, ocağı isə 11,37 kilometr dərinlikdə yerləşib.