Tokio Animasiya Festivalı maraqlı ekran əsərləri ilə iştiraka dəvət edir

A- A A+

Gələn ilin martında Yaponiyada Tokio Animasiya Festivalı keçiriləcək. Festivalın təşkilat komitəsi dünyanın hər yerindən son vaxtlar çəkilmiş ən maraqlı animasiya filmlərini iştiraka dəvət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, festivalın keçirilməsində məqsəd orijinallıq baxımından yüksək keyfiyyətli filmləri nümayiş etdirmək, yeni istedadları aşkara çıxarmaq və animasiya sənayesinin inkişafına töhfə verməkdir.

Müsabiqəyə 2019-cu il yanvarın 1-dən sonra çəkilən animasiya filmləri təqdim edilə bilər.
Yarış tammetrajlı və 30 dəqiqədən az olan qısametrajlı animasiyalar kateqoriyaları üzrə keçiriləcək.

Əsas mükafat 500 min yen məbləğində təyin olunub.

Festival müsabiqəsi, qaydalar, ötən ilki müsabiqənin finalçıları və qalibləri haqqında ətraflı məlumat almaq üçün https://animefestival.jp/en/award/competition/ linkinə müraciət etmək olar.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: