“Vivo” şirkəti rəngini dəyişdirən smartfon prototipini nümayiş etdirib - VİDEO

A- A A+

Yaxın gələcəkdə smartfon istehsalçıları bir modelə məxsus qurğuların bir neçə rəngdə çıxarılması təcrübəsindən imtina edə bilərlər: ənənəvi smartfonları sahibinin istəyi ilə öz rəngini dəyişdirən aparatlar əvəz edə bilər. Çinin “Vivo” şirkəti belə smartfon prototipini nümayiş etdirib.

NUHÇIXAN İnformasiya Agentliyi newsru.com saytına istinadən xəbər verir ki, şirkətin rəsmisi izah edib ki, belə effektə nail olmaq üçün prototipdə gərginlik nəticəsində şəffaflıq dərəcəsini dəyişdirən elektroxrom şüşədən istifadə olunur. Bunun nəticəsində qurğunun arxa səthinin rənginin gümüşüdən maviyə dəyişilməsi effekti yaranır.
 
Qeyd edək ki, hazırda elektroxrom şüşələr pəncərələrdən keçən işıq və istiliyin miqdarının nəzarəti üçün istifadə olunur.
 
Hələ ki belə smartfonların bazara çıxarılma müddəti haqqında məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: