ÜST: Koronavirusa qarşı kütləvi peyvəndləmə 2021-ci ilin ortalarından öncə mümkün olmayacaq

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvəndin kütləvi tətbiqini 2021-ci ilin ortalarından öncə mümkün hesab etmir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq qurumun nümayəndəsi Marqaret Harris kliniki sınaq mərhələsində olan peyvənd maddələrindən hələ heç birinin indiyədək müvafiq təsir gücünə malik olmadığını bəyan edib. Qeyd edilib ki, ÜST-nin kriteriyalarına əsasən, kütləvi istifadə üçün yararlı olan peyvənd ən azı 50 faiz təsir gücünə malik olmalıdır. M.Harris peyvənd maddələrinin təsir və təhlükəsizliyinin ciddi yoxlanışının mühüm əhəmiyyət daşıdığını da vurğulayıb.

M.Harrisin sözlərinə görə, peyvənd maddələrinin kliniki sınağının üçüncü fazası olduqca vacib mərhələdir və bu zaman peyvəndin nə dərəcədə virusdan qoruması və təhlükəsizliyi yoxlanılır. O, bir daha qeyd edib ki, hazırda insanlar üzərində sınaqdan keçirilən peyvənd maddələrinin hələ ki, heç biri tələb olunan təsir və təhlükəsizlik üçün lazımi siqnalları verə bilmir.

Qeyd edilməlidir ki, ÜST-nin təşəbbüsü ilə yaradılmış COVID-19-a qarşı peyvəndlərin hazırlanması və istehsalı üzrə COVAX beynəlxalq əməkdaşlıq proqramı 2021-ci ilin sonunadək sınaqdan keçirilmiş peyvəndin iki milyard dozasının istehsalı və çatdırılmasını təmin etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: