Ayın səthi pasla örtülməyə başladı

A- A A+

Hind alimləri Ayın səthində pas aşkar ediblər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Forbes”ə istinadən xəbər verir.

Qeyd edilir ki, belə hadisə Yerin və Marsın səthində tez-tez müşahidə olunur, amma Ayda ilk dəfə aşkar edilib.

Alimlər Yerin təbii peykinin səthində dəmirin, oksigenin və suyun reaksiyası zamanı yaranan dəmir oksidi və ya hematit də daxil olmaqla, bir sıra minerallar aşkarlayıblar. Ancaq Ayda su yalnız buz formasında və çox az miqdarda mövcuddur.

Tədqiqatçıların fikrincə, pas Günəş küləyinin sayəsində Ayda yaranıb.

Aya vaxtaşırı meteoritlərin düşməsi ilə bağlı fərziyə irəli sürülüb. Qeyd edilir ki, meteoritlər peykin səthində su molekullarını azad etməyə təsir göstərir, sonra kimyəvi reaksiya başlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: