“Facebook Messenger”də mesajların göndərilməsinə məhdudiyyət qoyulub

A- A A+

“Facebook” şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir. Bu dəfə “Facebook Messenger” messencerində mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib. İndi xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.
 
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, şirkətin nümayəndələri mesajların eyni anda göndərilməsinə tətbiq edilmiş məhdudiyyətin yalan məlumat vermə və zərərverici məzmunun yayılması ilə mübarizədə səmərəli vasitə olduğunu hesab edirlər. Xatırladaq ki, iyulda eyni məhdudiyyət “WhatsApp” messencerinə də tətbiq edilmişdi.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: