Ermənistan ordusunun hərbçisi özünü güllələyib

A- A A+

Azərbaycanın işğal edilmiş Xocavənd yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmətdən bezən əsgər Ara Petrosyan qəsdən özünə xəsarət yetirib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, dözülməz şəraitdən, təhqir və təzyiqlərdən təngə gələn A.Petrosyan odlu silahdan atəş açaraq özünü yaralayıb.

Hərbi hospitala yerləşdirilən əsgər və onu bu həddə çatdıran komandiri barəsində cinayət işi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: