Rusiyada koronavirusa qarşı “Sputnik V” peyvəndi mülki dövriyyəyə buraxılıb

A- A A+

Rusiya istehsalı olan koronavirus əleyhinə “Sputnik V” vaksini mülki dövriyyəyə buraxılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qurumun məlumatına əsasən, bütün lazımi laboratoriya sınaqlarından uğurla keçən vaksin yaxın günlərdə regionlara çatdırılacaq.

Qeyd edək ki, COVID-19 xəstəliyinin profilaktikası üzrə Rusiya Birbaşa İnvestisiyalar Fondu və Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqatlar Mərkəzinin hazırladığı dünyanın ilk preparatı avqust ayında qeydiyyatdan keçib. Vaksin sınaqlar zamanı iştirakçılarda 100 faizlik davamlı immun cavabı formalaşdırıb və onlarda heç bir meyar üzrə ciddi xoşagəlməz təsirlər müşahidə edilməyib.

Bununla yanaşı, peyvənd olunmuş könüllülərdə virus neytrallaşdırıcı anticisimlərin səviyyəsi xəstəlikdən sağalan insanların anticisimlərindən 1,4-1,5 dəfə çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: