Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

A- A A+

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb. NUHÇIXAN xəbər verir ki, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142  milyard dollar təşkil edir.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq  (81,6 mlrd. dollar) hesab edilib.

Əvvələr siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: