Oksford Universiteti və “AstraZeneca”nın koronavirusa qarşı peyvəndinin sınaqları dayandırılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin sınaqlarının son mərhələsində peyvənd mənfi reaksiya verdiyi üçün dayandırılıb.

“AstraZeneca” şirkəti sınaqda iştirak edən bir nəfərdə izahı olmayan xəstəlik ortaya çıxdıqdan sonra testlərin dayandırıldığını və bunun gündəlik bir prosedur olduğunu açıqlayıb.

Şirkət yaranan problemin səbəbini araşdırır.

Oksford Universiteti və “AstraZeneca” tərəfindən birlikdə hazırlanan peyvənd ən çox təsirli olması ehtimal edilən peyvənd arasındadır və diqqətlə izlənilir.

Peyvəndin birinci və ikinci sınaq mərhələləri uğurla başa çatıb. Artıq sınaqların üçüncü mərhələsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: