İƏT və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı humanitar tərəfdaşlıq məsələlərini müzakirə ediblər

A- A A+

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş Katibliyinin nümayəndələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları humanitar aksiyaların həyata keçirilməsinə dair strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, virtual müzakirələr zamanı birgə Fəaliyyət Planının hazırlanması barədə razılıq əldə olunub.

İƏT-in Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, səfir Tariq Əli Baxetin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional təmsilçisi Xalid Xəlifənin başçılıq etdikləri nümayəndə heyətləri İslam ölkələrində qaçqınların vəziyyəti barədə fikir mübadiləsi aparıb, COVID-19 pandemiyası dövründə onlara humanitar, o cümlədən tibbi yardımların göstərilməsi sahəsində birgə layihələr reallaşdıracaqlarını bəyan ediblər. Qeyd olunub ki, bütün bu proseslər 2014-cü ilin noyabrında iki təşkilat arasında yaradılmış birgə komissiyanın rəhbərliyi ilə aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: