İzmirdə Zəfər yürüşü keçirilib

A- A A+

Türkiyənin İzmir şəhərinin yunan işğalından azad olunması münasibətilə “Zəfərin 98-ci ildönümü” şüarı altında izdihamlı yürüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə şəhərin küçə və meydanları bayramsayağı bəzədilib. Zəfər yürüşünə qatılanlar 350 metr uzunluğunda dövlət bayrağını Lozan meydanına qədər daşıyıblar.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın möhtəşəm uçuşları olub.

Açıq havada Zəfər Gününü tərənnüm edən müxtəlif tədbirlər keçirilib.

Qeyd edək ki, 1922-ci il avqustun 26-da Türkiyə xalqının yadelli işğalçılara qarşı başladığı qurtuluş mübarizəsinin həlledici mərhələsi olan “Böyük hücum” sentyabrın 9-da İzmirdə şanlı qələbə ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: